Ana Sayfa > Özəl > Bu gün Yeni Azərbaycan Partiyasının Gədəbəy ​ rayon təşkilatında partiyanın fəal gəncləri ilə görüş keçirilib.

Bu gün Yeni Azərbaycan Partiyasının Gədəbəy ​ rayon təşkilatında partiyanın fəal gəncləri ilə görüş keçirilib.


24-01-2023, 21:15. Yazar: sevinc1
Bu gün Yeni Azərbaycan Partiyasının Gədəbəy ​ rayon təşkilatında partiyanın fəal gəncləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi İdeoloji maarifləndirmə konsepsiyasına uyğun olaraq “Sosial şəbəkələrdə gənclərin rolu”mövzusunda keçirildi.

Tədbirdə YAP Gədəbəy​ rayon təşkilatının əməkdaşı Anar Məmmədov bildirdi ki, bu gün ölkəmizin bütün regionlarında olduğu kimi, Gədəbəy rayonununda da gənclər siyasəti uğurla davam etdirilir.Gədəbəy Gəncləri Vətənin tərəqqisi naminə dövlət başçısının daxili və xarici siyasətinə tam dəstək verir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər.

Daha sonra YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev​ çıxış edərək ölkə Prezidenti tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, ölkənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının ətrafındakı bütün gənclər Partiyanın Qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarının, eləcə də Partiyanın Sədri , Möhtərəm Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin gənclər arasında təbliği istiqamətində bu günə kimi səmərəli fəaliyət göstərib və bundan sonra da əsas fəaliyyətlərini bunun üzərində quracaqlar.

R.Nağıyev qeyd edib ki, bu gün Azərbaycan gəncliyi də cəmiyyətdə tutduğu fəal mövqeyi və çevikliyi ilə seçilir.Müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının əhəmiyyətindən danışıb,qeyd edib ki, texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarıb. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir.

Sonda fəal gənclər ictimai aktivlik, sosial şəbəkələrdə fəallıqla bağlı təkliflərlə çıxış etdilər.Gənclərlə fikir mübadiləsi aparıldı.Tədbir mövzu ətrafında diskussiyalarla davam etdirildi.
Geri dön