Ana Sayfa > Qərbi Azərbaycan / Karusel > Azərbaycanda daha 59 nəfər COVID-19-a yoluxub, yeddi nəfər vəfat edib
Azərbaycanda daha 59 nəfər COVID-19-a yoluxub, yeddi nəfər vəfat edib24-01-2023, 16:52. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən yeddi nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 827 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 388 nəfər müalicə olunaraq sağalıb, 10 075 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir. Ölkədə son sutka ərzində 2 908, hazırkı dövrədək isə 7 475 435 test aparılıb. aia.az Geri dön |