Ana Sayfa > Özəl > AZƏRBAYCAN CƏNUBİ QAFQAZDA ÇİNİN ƏN BÖYÜK TİCARƏT TƏRƏFDAŞIDIR
AZƏRBAYCAN CƏNUBİ QAFQAZDA ÇİNİN ƏN BÖYÜK TİCARƏT TƏRƏFDAŞIDIR24-01-2023, 10:12. Yazar: sevinc1 |
Ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi-mədəni əlaqələrinin genişlənməsi, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin bağlanması və reallaşdırılması ölkəmizin dünyada nüfuzunu artırıb. Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Müzəffər Ordumuz 30 illik işğala son qoydu. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin tərəfdaşlarının sayı artır. Tərəfdaş dövlətlərdən biri də Çindir. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir. Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Azərbaycanın müstəqilliyi dövründən bu yana Çin Xalq Respublikası ilə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan hal hazırda Çinin yaxın müttəfiq ölkələrindən biridir. Torpaqlarımızın işğal dövrü zamanında Çin tərəfi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinə əməl edilməsinə çağırırdı. Bu münaqişənin sülh yolu ilə həll edilməsinədə tərəfdar olduğunu qeyd edilib. Azərbaycan-Çin münasibətləri, qarşılıqlı əməkdaşlıq 30 ildir ki, yüksələn xətt üzrə inkişaf edir. Dövlətimizin rəhbəri cənab İlham Əliyev dünyanın ən böyük və inkişaf edən ölkələrindən biri olan Çin Xalq Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verir. Bu gün Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir və enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə ümidlər bəslədiyini nümayiş etdirir. Digər tərəfdən Şərq və Qərb arasında ənənəvi İpək Yolu coğrafiyasında yerləşməyimiz ölkəmiz üçün yeni imkanlar yaradır və Çin nəqliyyat sektorunun genişləndirilməsi sahəsində mühüm rol oynaya bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib. Müsahibədə vurğulanıb ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı münasibətlər vardır. Mütəmadi olaraq hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur, münasibətlər günü-gündən möhkəmlənir. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb. Azərbaycan və Çin arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri durmadan artır. Əlaqələrimizin gözəl perspektivləri mövcuddur. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |