Ana Sayfa > Özəl > Davos Forumunda Cənab Prezident İlham Əliyevin iştirak etməsi dünyada nüfuzlu Lider olmasından xəbər verir
Davos Forumunda Cənab Prezident İlham Əliyevin iştirak etməsi dünyada nüfuzlu Lider olmasından xəbər verir24-01-2023, 09:08. Yazar: sevinc1 |
Davos Forumunun dünya siyasətində əhəmiyyətli yer tutan beynəlxalq tədbirlərdən hesab edildiyini deyən deputat bildirib ki, ildə bir dəfə keçirilən bu tədbirdə dünyada gedən proseslər, iqtisadi inkişaf, ayrı-ayrı bölgələrdəki problemlərin həlli ilə bağlı ciddi məsələlər müzakirə edilir. Bu il Davos Forumunda rekord sayda - 130 ölkədən 2 700-ə qədər nümayəndə iştirak edir. 50-dən çox ölkənin dövlət və hökumət başçısı, yüzlərlə nəhəng şirkətlərin rəsmiləri bu tədbirdə öz mövqelərini bildirmək, ikitərəfli əlaqələr qurmaq üçün iştirak edirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev 17-ci dəfədir ki, Davos Forumunda iştirak edir. Bu iştirakla Azərbaycan özünün həm inkişafının təqdimatını keçirir, həm beynəlxalq və regional məsələlərin müzakirəsində iştirak edir, eyni zamanda ikitərəfli əlaqələr də qurmağa çalışır. Forumda müzakirələr dünyanın beyin mərkəzlərinin, siyasi institutların, elm mərkəzlərinin, əsas iqtisadi korporasiyaların nümayəndələrinin iştirakı ilə baş verir. Cənab Prezident İlham Əliyev hər il Davos Forumunda iştirak etməklə Azərbaycanın uğurlarını dünyaya çatdırır. Bununla da, biz ilk növbədə Azərbaycanın beynəlxalq aləmdə təqdimatının şahidi oluruq. Cənab Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb. Bilirsiniz ki, Forumda iştirak edən minlərlə media təmsilçisi aparıcı çıxışları işıqlandırırlar. Prezident İlham Əliyev bu tədbirlərdə sadəcə çıxışlar etmir, həmçinin iqtisadiyyatımızın daha da inkişaf etdirilməsi, yeni investisiyaların cəlb olunması üçün beynəlxalq korporasiyaların rəhbərləri ilə görüşlər keçirir. Bu görüşlər ölkədə sənayeləşmə prosesinə təsir göstərə biləcək bir addımlardır ki, nəticə etibarilə iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Cənab Prezident İlham Əliyev Forum çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşür və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunur. Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkələr bu təbii sərvətdən necə istifadə edir? Bu mövzuda biz cənab Prezidentin Forumda mükəmməl çıxışının şahidi olduq. Davos Forumu timsalında Azərbaycan ona görə güclüdür ki, ölkəmiz bölgəsəl düzəni dəyişən transmilli layihələrə müəlliflik edir. Orta Asiya, Xəzər regionunda reallaşan layihələrdə Azərbaycan aparıcı rol oynayır. Bütövlükdə, Davos İqtisadi Forumu Azərbaycanın iqtisadi-siyasi maraqları baxımından çox böyük imkanlar açır. Dövlətimiz Forumda fəal təmsil olunmaqla iqtisadi və siyasi dividentlər qazanır. Bu ilki Forum Azərbaycana, dövlət başçısı cənab İlham Əliyevə hörmətin və rəğbətin daha da artdığını nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin İsveçrə səfəri və burada keçirilən görüşlər bir çox aspektdən xüsusi önəm daşıyır. Bu öncə cənab Prezident İlham Əliyevin dünya liderləri arasında özünəməxsus yeri olduğunu, ona böyük etimadın olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, Davos Forumuna bütün dövlət başçıları dəvət edilməyib. Azərbaycan bu tədbirə dəvət olunan azsaylı ölkələrdəndir. Bu, eyni zamanda ölkəmizin artan nüfuzunun, dövlətimizə olan diqqətin göstəricisidir. Biz cənab Prezidentin müxtəlif dövlətlərin təşəbbüsü ilə bir sıra mühüm görüşlərlərin keçirdiyinin şahidi olduq. Dövlət başçısı İlham Əliyev hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin, ictimaiyyətinin diqqətinə çatdırıb. Bir sözlə, Forum Azərbaycana marağın yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı aparatının məsləhətçisi Sevinc Əhədova Geri dön |