Ana Sayfa > Karusel / Ölkə > Bakı metrosunda maşinist qatar idarə edərkən öldü
Bakı metrosunda maşinist qatar idarə edərkən öldü23-01-2023, 09:28. Yazar: sevinc1 |
Bakı metrosunda maşinist qatar idarə edərkən vəfat edib. aia.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb. “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gecə dərhal təcili tibbi yardım çağırılıb. Hadisə ilə bağlı aidiyyəti strukturlara məlumat verilib. aia.az Geri dön |