Ana Sayfa > Təhsil > “Region gənclərinin Karyera Qış Məktəbi” layihəsinin icrasına başlanılıb.

“Region gənclərinin Karyera Qış Məktəbi” layihəsinin icrasına başlanılıb.


22-01-2023, 10:53. Yazar: sevinc1
“Region gənclərinin Karyera Qış Məktəbi” layihəsinin icrasına başlanılıb.

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin Karyera Qış Məktəbi” layihəsinin icrasına başlayıb. Layihənin icra müddəti 3 ay olmaqla Zərdab və Ucar rayon gəncləri üçün həyata keçiriləcəkdir. Layihə çərçivəsində region gəncləri 3 günlük Karyera Qış Məktəbində iştirak edəcəklər. Məktəb zamanı gənclər karyera yüksəlişinə kömək edəcək müxtəlif yönümlü təlimlərdən və uğurlu karyera yolu cızmış gənclərin təcrübələrindən yararlanacaqlar.
Layihənin məqsədi region gənclərinin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.

Vəfa Xəlilli,
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri

Geri dön