Ana Sayfa > Seçki 2024 > Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür

Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür


21-01-2023, 12:17. Yazar: sevinc1
Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür

Ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi səyləri yüksək qiymətləndirilib. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb.
Bütün cəmiyyətlərdə həyatın mənası məqsəd və maraqlardan ibarətdir. İnsanların həyat prinsipləri məhz məqsəd və maraqlara söykənir. İstənilən marağın təmin edilməsi üçün “məqsəd yolları” müəyyən edilir. Məqsəd yolları zamanla və məsafə ilə müəyyənləşdirilir.

Ümumilikdə siyasət dedikdə ictimai həyatın müxtəlif sferalarının dövlət tərəfindən həyata keçirilən hökmranlıq və tabelik münasibətlərini bərqərar etmək vasitəsilə idarə olunması başa düşülür Siyasətin əsasını insanların siyasi fəaliyyəti və bu prosesdə qərarlaşan əlaqələr təşkil edir. Siyasi fəaliyyətdə hər bir sosial qrup özünün sosial mənafelərini reallaşdırmağa çalışır. Bu fəaliyyət prosesində siyasi münasibətlər və əlaqələr formalaşır, siyasi təşkilatlar, partiyalar meydana çıxır, siyasi ideyalar və nəzəriyyələr yaranır.

Cənab İlham Əliyevin uğurlu diplomatiyası Azərbaycanı beynəlxalq aləmdə öz mövqeyini diktəetməyi bacaran ölkəyə çevirib.
Azerbaycan’ın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan qarşılıqlı əlaqələrdir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır.
Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlər, siyasi institutlar və siyasi ideoloji vasitələri ilə həyata keçirilir.Birinci tərəf böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən münasibətləri ifadə edir.İkinci tərəf vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatları əhatə edir.Üçüncü tərəf insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur.

Siyasətin optimallığı probleminin tədqiqi siyasi fikrin kortəbii inamdan elmi məsələyədək keçdiyi uzun inkişaf yolunun, onun əsas keyfiyyət mərhələlərinin izlənilməsinə imkan verir. Bu problemin öyrənilməsi siyasi-praktiki, ideoloji, həmçinin sosial-mədəni baxımdan xüsusilə mühüm əhəmiyyət kəsb edir, insanların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

Siyasi mütəfəkkirlərin siyasət və onun optimallığı problemi ilə bağlı fikirləri, irəli sürdükləri müddəaların təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, bu məsələləri dərindən öyrənmədən siyasi sistemin inkişafının aktual vəzifələri və perspektivlərinin, onun sosial münasibətlərinin keyfiyyətcə təkmilləşdirilməsində rolunun müəyyənləşdirilməsi, həmçinin cəmiyyətin bütün sahələrində qanunun aliliyinin təmin edilməsi qeyri-mümkündür. Çünki bunsuz xalq hakimiyyətinin inkişafı əsasında siyasi qayda-qanunun qorunub saxlanılması mexanizmini gücləndirmək iqtidarında olan irimiqyaslı, mühüm siyasi islahatların həyata keçirilməsinin elmi platformasının işlənilməsi çətin olardı.
Beləliklə, Prezidentin müxtəlif çıxışlarında da diqqət yetirdiyimiz məqamlar Azərbaycanın yeni siyasi hədəflərə doğru irəlilədiyini göstərir. Bundan qazanan isə Azərbaycan olacaq...  

Abdullayeva Günay Ceyhun
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Geri dön