Ana Sayfa > Manşet / Ölkə > Novruz Aslanov növbəti onlayn qəbul keçirib

Novruz Aslanov növbəti onlayn qəbul keçirib


19-01-2023, 12:26. Yazar: sevinc1
Novruz Aslanov növbəti onlayn qəbul keçirib

Yanvarın 19-da millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib. Videoformatda keçirilən qəbul millət vəkilinin İsmayıllı rayonunda yerləşən ofisində seçicilərlə canlı görüntü vasitəsilə baş tutub. Belə ki, ofisdə bu videoformat üçün bütün şərait yaradılıb.
Millət vəkili ilə əlaqə saxlayanlar öncə hər həftə onların üzləşdiyi problemlərlə maraqlanan millət vəkilinə təşəkkürlərini bildiriblər. Müraciətlər qeydiyyata alınıb, sakinləri maraqlandıran məsələlərə dair müzakirələr aparılıb. Sosial müdafiə sahəsinə aid olan məsələlər barədə müraciət edən sakinlərə müvafiq prosedurlar barədə məlumatlar verilib, yaranmış narazılıqların araşdırılacağına dair aidiyyəti qurumlara müraciətin ediləcəyi bildirilib. Şəxsi məişət problemləri, işlə təminat və digər məsələlər də müraciətlər sırasında olub. Ehtiyacı olan ailələrə müvafiq humanitar yardımlar edilib.
Geri dön