Ana Sayfa > Karusel / Gündəm > Xankəndidən 37 “ağır xəstə” getdi, 3-ü yoxa çıxdı

Xankəndidən 37 “ağır xəstə” getdi, 3-ü yoxa çıxdı


18-01-2023, 13:42. Yazar: sevinc1
Xankəndidən 37 “ağır xəstə” getdi, 3-ü yoxa çıxdı

Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndidən daha 6 xəstəni bu gün İrəvana aparıb.

aia.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

İrəvana aparılan xəstələr xəstəxanalara yerləşdirilib.

Qeyd edilib ki, bununla da xankəndidən aparılaraq, xəstəxanalara yerləşdirilən xəstələrin sayı 34-ə çatıb. Ancaq BQXK “ağır xəstə” adı ilə Xankəndidən 37 nəfərin aparıldığını açıqlamışdı. Belə məlum olur ki. xankəndidən aparılan “3 ağır xəstə” heç xəstəxanaya yerləşdirilməyib.(axar.az)

aia.az
Geri dön