Ana Sayfa > Təhsil > Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi

Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi


18-01-2023, 13:21. Yazar: sevinc1
Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi

Elm və Təhsil nazirinin və UNEC rektorunun imzaladığı “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı” Tədbirlər Planına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə faciəyə həsr olunmuş xüsüsi dərslər keçirilmişdir.

aia.az xəbər verir ki, dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə 242-ci qrupda Samirə İbrahimova,459-cu qrupda Gülər Bayramova,710-cu qrupda Nərmin Qurbanlı,669-cu İradə Qasımova keçirilən xüsusi dərslərdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açmış, 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs etmişdilər.

aia.az
Geri dön