Ana Sayfa > Özəl > Cənab Prezident İlham Əliyevin BƏƏ olan səfəri ölkəmizin və liderimizin dünyada artan nüfuzundan xəbər verir.

Cənab Prezident İlham Əliyevin BƏƏ olan səfəri ölkəmizin və liderimizin dünyada artan nüfuzundan xəbər verir.


18-01-2023, 10:55. Yazar: sevinc1
Cənab Prezident İlham Əliyevin BƏƏ olan səfəri ölkəmizin və liderimizin dünyada artan nüfuzundan xəbər verir.

Azərbaycan Republikası ilə ərəb dövlətləri arasında iqtisadi, ticarət və mədəni əlaqələr inkişaf edir. Cənab Prezident İlham Əliyevin ərəb ölkələrinə səfəri, onların Azərbaycana rəsmi səfərləri qarşılıqlı əməkdaşlığın genişlənib inkişaf etdiyinin göstəricilərindəndir. Qeyd edək ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Bu da münasibətlərin inkişafına təkan verir. Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi artan xətt üzrə inkişaf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. BƏƏ BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Xankəndi-Laçın yolu ətrafında vəziyyətə dair mətbuat bəyanatının layihəsi ilə əlaqədar obyektiv mövqe nümayiş etdirib. Hazırda iki ölkə arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Azərbaycanla BƏƏ arasında İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya mövcuddur. İndiyədək 8 iclas keçirilib. Səkkizinci iclasın sonunda imzalanan yekun protokolda ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, yaşıl enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur.
2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendini BƏƏ bazarında daha çox tanıtmaq üçün Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Hazırda Azərbaycanda 360 BƏƏ investisiyalı kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır. Ümumilikdə BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar, Azərbaycan tərəfdən isə BƏƏ-yə 350 milyon dollardan çox sərmayə yatırılıb. Cənab Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, “Masdar” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma imzaladılar: "Bu, hələ qısamüddətli layihədir. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaq. Bu, tamamilə icraolunandır. Bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək. Bütövlükdə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq". Dövlət başçısı Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rola işarə edərək bu istiqamətdə görülən işdən də bəhs edib: "Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub.
Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Cənab Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub. Bu baxımdan, ərəb ölkələri ilə əlaqələrin inkişafı da xüsusi vurğulanmalıdır. Cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verəcək. Cənab Prezident İlham Əliyevin bu beynəlxalq tədbirə dəvət olunması Azərbaycanın müsəlman və türk dünyasındakı roluna, regional əhəmiyyətinə verilən qiymətdir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
Geri dön