Ana Sayfa > Özəl > PREZİDENT İLHAM ƏLİYEVİN BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNƏ SƏFƏRİ

PREZİDENT İLHAM ƏLİYEVİN BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNƏ SƏFƏRİ


18-01-2023, 10:25. Yazar: sevinc1
PREZİDENT İLHAM ƏLİYEVİN BİRLƏŞMİŞ  ƏRƏB ƏMİRLİKLƏRİNƏ  SƏFƏRİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. Prezidentlərin görüşü zamanı ölkəmizin başçısı Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi xoş münasibətə görə təşəkkür edərək, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaza aid müzakirələrdə bu dövlətin respublikamıza göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və qardaşlıq nümunəsi adlandırdı. Danışıqlar zamanı siyasi, iqtisadi sahələrdə və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, yüksək vəzifəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edilib.
Ölkəmiz Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dostluq münasibətlərinə xüsusi önəm verir. Dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr ötən otuz ildə daha da möhkəmlənib. Müxtəlif sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. İki ölkə arasında münasibətlər strateji əhəmiyyətə malikdir. 
 Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində fəxri qonaq qismində iştirakı və çıxış etməsi dövlət başçımızın regionda liderliyinin göstəricisidir. Dövlət başçımız çıxışında bildirib ki, Azərbaycan və BƏƏ arasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də çox müsbət münasibətlər mövcuddur: «Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik. Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.
Ölkə başçısı  Azərbaycanda investisiya mühiti çox müsbət olduğunu, neft və qaz sektoruna böyük sərmayələr cəlb edildiyini bildirmişdir.” İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.”-Prezident İlham Əliyev çıxışını bitirmişdir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön