Ana Sayfa > Seçki 2024 > “Siyasi partiyalar haqqında” yeni qanun xalqın siyasi iradəsini tərənnüm edir

“Siyasi partiyalar haqqında” yeni qanun xalqın siyasi iradəsini tərənnüm edir


17-01-2023, 17:21. Yazar: sevinc1
“Siyasi partiyalar haqqında” yeni qanun xalqın siyasi iradəsini tərənnüm edir

Ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanarkən 24 ölkənin təcrübəsi öyrənilmiş və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınmışdır. Yeni qanun layihəsi hazırlanarkən 47 siyasi partiyadan 250-dən çox təklif alınmışdır. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilmişdir. İctimai dinləmələrdən sonra Qanun layihəsində müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilmişdir.
“Parlamentdə təmsil olunan siyasi partiya  nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə bir neçə ay bundan öncə müraciət ediblər. Ölkəmizdə bu sahədə qanun qəbul edilməsidən artıq 30 il keçib. Təbii ki, bu müddətdə Azərbaycan davamlı olaraq inkişaf edib və ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib. Yeni qanun layihəsinin hazırlanması ilə bağlı siyasi partiyaların təklifi Milli Məclisin sədri tərəfindən dəstəklənib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verilib. Qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib,  həmçinin ölkənin siyasi sistemi və milli xüsusiyyətləri, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb. Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara  öz təkliflərini bildirmələri üçün müraciət edilmiş və 47 siyasi partiyadan 250-dən çox təklif alınıb. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin saytında yerləşdirilib, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Qanun layihəsi ilə bağlı  siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilib. İctimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. Bir sözlə, siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlər sənəddə öz əksini tapıb. Müxtəlif platformalarda geniş müzakirələrin təşkil edilməsində  məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasına, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə nail olmaq olub.
Qəbul edilmiş yeni Qanunda diqqət çəkən çox mühüm və müsbət məqamlar öz əksini tapmışdır. Mühüm məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımının göstərilməsi məsələsidir. Yeni Qanuna əsasən siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək və ya çap mediasının iştirakçısı olmaq üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.


İmamverdi Həmidov,
Nəsimi Rayon Ağsaqqallar
Şurasının sədr müavini,
fiologiya elmləri doktoru, professor



Geri dön