Ana Sayfa > Özəl > “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti


17-01-2023, 17:09. Yazar: sevinc1
“Siyasi partiyalar haqqında”  yeni Qanunun qəbulunun zərurəti

Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanun ilk dəfə 3 iyun 1992-ci il tarixdə qəbul edilmişdir. Qanunun  qəbul edilməsindən ötən 30 ildən çox vaxt ərzində ölkəmiz davamlı olaraq inkişaf etmiş və yeni siyasi konfiqurasiya formalaşmışdır. Məhz bu baxımdan “Siyasi partiyalar haqqında” Qanunun yenilənməsi zərurəti meydana çıxmışdı.
Yeni Qanunda diqqət çəkən çox mühüm və müsbət məqamlar öz əksini tapmışdır. Mühüm məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımının göstərilməsi məsələsidir. Yeni Qanuna əsasən siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək və ya çap mediasının iştirakçısı olmaq üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.
Bundan əlavə, “Siyasi partiyalar haqqında” Qanunda yeni məqamlardan biri də odur ki, siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir. Bütün bunlar ümumiləşdiriləndən sonra qanun layihəsi geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Sonra qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə geniş dinləmələr və müzakirələr keçirilib. Aparılan müzakirələrdə səslənən fikirlər, irəli sürülən təkliflər nəzərə alınmaqla, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsi;
siyasi partiyanın nizamnaməsi – siyasi partiyanın ümumi fəaliyyətini tənzimləyən və bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları əks etdirən təsis sənədi;
siyasi partiyanın proqramı – siyasi partiyanın ideoloji fəaliyyətini tənzimləyən və bu Qanunun 13.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş məsələləri əks etdirən sənəd;
siyasi partiyanın orqanları – siyasi partiyanın idarəetmə orqanları olan ali orqanı, icra orqanı və (və ya) sədri, həmçinin nəzarət orqanı;və s.
Onu da qeyd edək ki,bu qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Aidə Məhərrəmova,
ADPU

Geri dön