Ana Sayfa > Qərbi Azərbaycan > Daha 2 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Daha 2 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü


16-01-2023, 16:36. Yazar: sevinc1
Daha 2 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 827 379 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 872 nəfər müalicə olunaraq sağalıb, 10 050 nəfər vəfat edib, aktiv xəstə sayı 457 nəfərdir.

Ölkədə son sutka ərzində 676, hazırkı dövrədək isə 7 458 556 test aparılıb.

aia.az
Geri dön