Ana Sayfa > Gündəm > Azərbaycanda nazik siqaretlərin satışı qadağan oluna bilər

Azərbaycanda nazik siqaretlərin satışı qadağan oluna bilər


21-06-2016, 11:56. Yazar: admin


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nazik ("slims" - red.) siqaretlərin satışı məhdudlaşdırmağı, hətta qadağan etməyi təklif etmək niyyətindədir. APA-Economics xəbər verir ki, bu barədə "Kommersant" qəzeti işçi qruplarından birinin hesabatına istinadən yazır.

Qəzetin iddiasına görə, təklif təşkilatın tütünə qarşı çərçivə konvensiyasına həsr olunan konfransda səslənə bilər: "İlkin mərhələdə təklif tövsiyə xarakterli olacaq. Lakin istehsalçılar tövsiyənin sonrakı mərhələdə konvensiyanın iştirakçısı olan ölkələr üçün məcburi olmasından ehtiyatlanır. Məsələn, Rusiya bazarındakı siqaretlərin 40%-i zərbə altında olacaq"
Geri dön