Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Yeni qanun siyasi münasibətlərin inkişafına böyük töhfələr verəcək”

Eltun Süleymanov: “Yeni qanun siyasi münasibətlərin inkişafına böyük töhfələr verəcək”


16-01-2023, 10:00. Yazar: sevinc1
Eltun Süleymanov: “Yeni qanun siyasi münasibətlərin inkişafına böyük töhfələr verəcək”

“Məlumdur ki, ölkəmizdə ilk dəfə “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilmişdi. Bu qanunun qəbulundan keçən 30 il müddətində cəmiyyətin siyasi həyatında baş verən ciddi dəyişikliklər ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruri edirdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi cəmiyyətin tələbi idi. Bu məsələ qanunverici orqan olan Milli Məclisdə geniş müzakirə olunmuş, qanun layihəsi ictimai müzakirəyə çıxarıldıqdan sonra qəbul edilmişdir. 1992-ci ildə qəbul olunan qanuna 30 ildən sonra yeni baxış, yeni maddələrin əlavə olunması, yeni variantların qanuniləşdirilməsi məsələlərinin əks olunması partiyaların fəaliyyətini daha da stimullaşdıracaq, aktivləşdirəcək, qanuna və hüquqa hörmət çərçivəsində fəaliyyətini genişləndirəcək.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “yeni qanunun qəbul edilməsi ölkədə siyasi mühitin daha da sağlamlaşdırılmasına, demokratik təsisatların gəlişməsinə ciddi təkan verəcəkdir. Qanunun qəbuluna qədər olan dövr ərzində Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” , 24 ölkənin bu sahədə təcrübəs, 47 partiyanın 250-dən çox təklifi nəzərdən keçirilmiş, ən mütərəqqi ideyalar qəbul edilmişdir. Bununla yanaşı, qanun layihəsinin ictimai dinləmələrdən keçirilməsi təmin edilərək dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib. Həmçinin Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. Qeyd edilənlər göstərir ki, Azərbaycanda inkişaf edən demokratik mühit dünya təcrübəsinə əsaslanmaqla qanun layihələrində əksini tapmış və siyasi həyatın tənzimlənməsi üçün qanunverici orqan tərəfindən qəbul edilmişdir.
Bundan əvvəlki qanundan fərqli olaraq siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkiyə getmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi tələblər yeni qanunda əksini tapmamış, dövlətn siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verməsi təmin edilmişdir.
Bununla yanaşı, siyasi partiyanın təsisi prosesi də xeyli təkmilləşdirilmiş, əvvəlki qanunda əks edilmiş bir çox məhdudiyyətlər aradan qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul edirlər, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən edirlər. 30 gün müddətində səlahiyyətli şəxs Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 180 gün müddətində 5000 üzv sayının təmin edilməsi üçün tədbirlər görür və üzvlərin reyestrini tərtib edir.
Siyasi partiyalar üçün dövlət büdcəsindən ayrılan vəsaitin bölünməsii, siyasi partiyanın torpaq mülkiyyətinə malik olması kimi müddəaların qanunda əks olunması də diqqət çəkən məqamlardandır.”
“Siyasi partiyalar haqqında” yeni qanunun demokratik inkişaf yolunda atılmış uğurlu addımlardan biridir və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir və siyasi partiyaların inkişafına təkan verəcəkdir”-deyə müsahibimiz fikrini yekunlaşdırmışdır.
Geri dön