Ana Sayfa > Karusel / Manşet / Özəl > Mingəçevirdə 10 ay öncə fəaliyyətə başlamış hospitalın rəhbəri və müavini həbs olunub

Mingəçevirdə 10 ay öncə fəaliyyətə başlamış hospitalın rəhbəri və müavini həbs olunub


15-01-2023, 11:10. Yazar: sevinc1
Mingəçevirdə 10 ay öncə fəaliyyətə başlamış hospitalın rəhbəri və müavini həbs olunub

Mingəçevirdə fəaliyyət göstərən "Anadolu Hospital"ın rəhbəri Alper Mövlud Ceylan və müavini Kərim Nadirov haqqında məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, rəhbərlik tərəfindən ayrı-ayrı vətəndaşlardan işə qəbul müqabilində daşıyacağı vəzifəyə görə müəyyən məbləğdə vəsait alınıb və həmin vəsaitin depozit olaraq yatırılaraq müəyyən müddətdən sonra geri qaytarılacağı vəd olunub. Amma pasient azlığı və gəlirlər rəhbərliyə vədlərinə əməl etməyə imkan verməyib. Bu səbəbdən şikayətçi əməkdaşlar vaxtından öncə daşıdığı vəzifədən uzaqlaşdırılıb, qalanlara isə ümumiyyətlə, əmək haqqı ödənməyib və yalnız ödəniləcək vədi verilib. İddialara görə, klinika rəhbərinin müavini Kərim Nadirov yatırılan depozitlərin bir çox hissəsini mənimsəyərək ümumiyyətlə qeydə alınmasını təmin etməyib.
Qeyd edək ki, cəmi bir neçə gün öncə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupu Mingəçevir şəhəri ərazisində fəaliyyət göstərən "Anadolu Hospital"a işə düzəltmək məqsədilə vətəndaşlardan müxtəlif məbləğlərdə pul alınması barədə daxil olmuş müraciətlər əsasında şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işinin başlanılması, həmin pulları alan hospitalın işçilərinin şöbəyə dəvət edilərək izahatları alınması və cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilməsi barədə məlumat yaymışdı.
Əlavə edək ki, "Anadolu Hospital" Mingəçevirdə 10 ay öncə, 2021-ci ilin martında fəaliyyətə başlamışdı. Təntənəli şəkildə baş tutmuş açılış mərasimində ölkənin tanınmış incəsənət xadimlərinin iştirakı ilə şou-proqram təşkil olunmuşdu.

Azər Tağızadə
aia.az
Geri dön