Ana Sayfa > Seçki 2024 > Fatimə Talıbzadə: Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi artan beynəlxalq nüfuzunun təzahürüdür

Fatimə Talıbzadə: Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi artan beynəlxalq nüfuzunun təzahürüdür


14-01-2023, 16:19. Yazar: sevinc1
Fatimə Talıbzadə: Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi artan beynəlxalq nüfuzunun təzahürüdür

1961-ci ildə Belqradda yaradılan  Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sisteminin önəmli təsisatıdır; BMT Baş Assambleyasından sonra ikinci ən böyük qurumdur; müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirir.
Hərəkat qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayır. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi təməl prinsipləri özündə ehtiva edir.
Ərazi bütövlüyünə qəsd, işğala məruz qalmaq faktları Azərbaycanın bir dövlət kimi bu qurumla əməkdaşlığını hər zaman aktual etmiş və ölkəmizin Qoşulmama Hərəkatına qatılması sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək məqsədi daşımışdır.
Hərəkat zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulmasını qətiyyən qəbul etmir, bunu yolverilməz sayır, bu cəhətdən Azərbaycanın da maraqlarının müdafiəçisi kimi çıxış edir və ölkəmizlə bu istiqamətdə səylərini hər zaman birləşdirir.
Qoşulmama Hərəkatı özlərini formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 dövlətin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Azərbaycan 2011-ci ildən bu Hərəkatın üzvüdür. Üzvlərinin sayına görə, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ən böyük nüfuzlu beynəlxalq təşkilatdır. 
Qoşulmama Hərəkatanın dövlət və hökumət başçıları tərəfindən Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın bu təşkilata 3 il müddətinə sədr seçilməsi cənab Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş , müdrik və uzaqgörən siyasətinin uğuru və dünyada ona və Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir.
Qoşulmama Hərəkatına sədirliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Azərbaycanın 2019-2022-ci illərdə hərəkata sədirlik etməsi ölkəmizin qlobal proseslərdəki rolunu və əhəmiyyətini daha da artıracaq, iqtisadi inkişafımıza öz töhfəsini verəcək, qeyri- neft sektorunun daha da inkişaf etməsinə və ixrac potensialımızın artmasına geniş şərait yaradacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, uğurlu siyasət nəticəsində artıq Azərbaycan dünya siyasətinin və gündəminin müəyyənləşdiriməsində mühüm rol oynayan beynəlxalq platformaya çevrilmişdir. Bu Azərbaycanın Beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan və əldə olunan böyük uğurlardan xəbər verir.

Fatimə Talıbzadə,
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Geri dön