Ana Sayfa > Özəl > İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir
İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir13-01-2023, 19:45. Yazar: sevinc1 |
2022-ci ilin yekun mərasimlərindən biri də məhz İdam sahəsinə həsr olunmuşdur Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Belə ki, Olimpiya oyunlarında iştirak edən hər bir dövlət, ilk növbədə, dünya miqyasında özünütəsdiq imkanı qazanır. Müstəqil Azərbaycan dövləti də 1996-cı ildə ilk dəfə Atlantada keçirilən XXVI Yay Olimpiya Oyunlarında iştirak etməklə dövlətlər sırasında layiqli yerini müəyyənləşdirməyə, bayrağını göylərə ucaltmağa çalışmışdır. Atlanta Yay Olimpiya Oyunlarının keçirildiyi 1996-cı ildə Azərbaycanın iqtisadi durumu ürəkaçan olmasa da, ulu öndər idmançılarımızın bu beynəlxalq idman tədbirində yüksək səviyyədə iştirakı üçün lazımi maddi və mənəvi dəstəyi əsirgəmədi. Ümummilli lider Heydər Əliyevin 1995-ci ilin fevralında imzaladığı "1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçiriləcək XXVI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" sərəncama uyğun olaraq xüsusi təşkilat komitəsi yaradıldı. Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş neçə-neçə gənc geri qayıdaraq ölkəmizin idman şərəfini uca tutub, üçrəngli bayrağımızı göylərə qaldırıb. Artıq neçə vaxtdır ki, respublikamızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif növlər üzrə keçirilən Avropa və dünya çempionatlarına qatılaraq uğurlu nəticələr göstərirlər. Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilir. Dövlət başçısı İlham Əliyevin əksər hallarda bu yarışları əyani surətdə izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır. Azərbaycanda idmançıların sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl addımlar atılır. Respublikamızda idmanın yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir. İndi isə Dövlətimizin başçısı İlham Əliyevin tədbir açılışındakı çıxışından bəzi nüansları diqqətinizə çatdırmaq istərdik: -Əziz dostlar, bu gün biz ilin idman yekunlarını müzakirə edəcəyik. Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Daha sonra isə Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi oldu. Mükafatlandırılanlar arasında həndbol üzrə milli komandanın üzvü Ramazan Muradov da yer alıb. Həndbolçumuza mənzil hədiyyə edilib. Özləm Əliyeva, Nəsimi rayon təhsil işçisi Geri dön |