Ana Sayfa > Ölkə > Bakıda mağazada qadının 6800 manatı oğurlanıb

Bakıda mağazada qadının 6800 manatı oğurlanıb


13-01-2023, 16:05. Yazar: sevinc1
Bakıda mağazada qadının 6800 manatı oğurlanıb

Nizami rayonu ərazisindəki mağazaların birində Bakı şəhər sakininin içərisində 6800 manatı, sənəd və ev açarları olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən aia.az-a verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

aia.az
Geri dön