Ana Sayfa > Dünya > Rusiya qərb istiqamətinə Su-25-lər yerləşdirir

Rusiya qərb istiqamətinə Su-25-lər yerləşdirir


13-01-2023, 15:30. Yazar: sevinc1
Rusiya qərb istiqamətinə Su-25-lər yerləşdirir

Rusiyanın Qərb Hərbi Dairəsi Su-25 hücum təyyarələri ilə gücləndiriləcək.

aia.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazıb.

Nəşr bildirib ki, əvvəllər Qərb Hərbi Dairəsində Su-25-lərin olduğu hərbi hissə olsa da, 2009-cu ildə buraxılmışdı.

Rusiyalı pilot İqor Malikovun sözlərinə görə, bu hücum təyyarələri olan bölmələr bütün strateji istiqamətlərdə lazımdır:

“Təəssüf ki, biz hazırda yeni hücum təyyarələri hazırlamırıq, lakin Su-25 həmişə aktualdır. Bu, piyadaların qorunması üçün döyüş maşınıdır. Böyük Vətən müharibəsi illərində İl-2 hücum təyyarəsinin hansı rol oynadığını xatırlaya bilərsiniz”.

aia.az
Geri dön