Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Siyasi partiyalar haqqında” yeni qanun ölkədə siyasi mühitin canlanmasına və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsinə xidmət edəcək”

Novruzəli Aslanov: “Siyasi partiyalar haqqında” yeni qanun ölkədə siyasi mühitin canlanmasına və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsinə xidmət edəcək”


13-01-2023, 13:03. Yazar: sevinc1
Novruzəli Aslanov: “Siyasi partiyalar haqqında” yeni qanun ölkədə siyasi mühitin canlanmasına və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsinə xidmət edəcək”

“Son illər Azərbaycanda ictimai həyatın bütün sahələrini əhatə edən sistemli, irimiqyaslı islahatla ardıcıl olaraq həyata keçirilir. Bu islahatlar nəticəsində ölkənin ictimai-siyasi həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər formalaşmışdır. Təbii ki, qanunverici orqan olaraq Milli Məclis də öz fəaliyyəti müstəvisində bu prosesdə yaxından iştirak edir. Ötən ilin sonlarında parlamentdə təmsil olunan siyasi partiyaların  nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə müraciət etdilər. Məlumdur ki, artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci ildə qəbul edilmişdir. Lakin bu illər ərzində Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan siyasi partiya nümayəndələrinin müraciəti də zərurətdən doğan addım idi.”

Bu sözləri aia.az açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat qeyd edib ki, yeni qanun layihəsinin hazırlanması prosesində dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, ölkənin siyasi sisteminin və milli xüsusiyyətləri, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb: “Diqqətəlayiq haldır ki, məsələ ilə bağlı Milli Məcclisə 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub. Qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin saytında yerləşdirilərək, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Daha sonra qanun layihəsi ilə bağlı  siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilib. Sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib.
Siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlər sənəddə geniş şəkildə öz əksini tapıb. Bütün bunlarda əsas məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsindən ibarət idi ki, buna da nail olunub. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddətin  artırılması, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlərin isə azaldılması ilə müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılıb. Nəticədə qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun  tələblərinə tam uyğunlaşdırılıb.”

Daha sonra N.Aslanov qeyd edib ki, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalarla bağlı yeni qanun layihəsi demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlanıb: “Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda vətəndaşlar tərəfindən yüksək dəstək alan müddəaların layihədə daha da genişləndirilməsi, müdafiə olunmayan təkliflərin isə sənəddən çıxarılması sübut edir ki, qanun layihəsi həm də xalqın siyasi iradəsini ifadə edir. Xüsuai olaraq qeyd olunmalıdır ki, partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilməsi, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəanın layihədən çıxarılması demokratik normalara uyğun qərardır. Həmçinin Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib. Bütün bu yenilikləri həyata keçirməkdə dövlətin məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön