Ana Sayfa > Manşet / Ölkə > Novruz Aslanov video formatda seçicilərini qəbul edib

Novruz Aslanov video formatda seçicilərini qəbul edib


13-01-2023, 10:29. Yazar: sevinc1
Novruz Aslanov video formatda seçicilərini qəbul edib

Yanvarın 12-də millət vəkili Novruz Aslanov İsmayıllı rayon sakinlərinin video formatda qəbulunu keçirib. 20-ə yaxın sakin millət vəkilinin İsmayıllı şəhərindəki ofisində yaradılmış şəraitdən istifadə edərək qəbulda iştirak ediblər. Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Şəxsi məişət problemləri də qaldırılan məsələlər sırasında olub. Fərdi qaydada məsələlər ətrafında müzakirələr aparılıb, deputat bəzi məsələlərə dair öz tövsiyələrini verib. Əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınıb və onlara müvafiq müraciətlərin ediləcəyi bildirilib.
Ehtiyaclı ailələrə humanitar yardımların edilməsi nəzərdə tutulub.






Geri dön