Ana Sayfa > İqtisadiyyat > Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib


13-01-2023, 10:05. Yazar: sevinc1
Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun 4-cü iclası keçirilib.
İclası giriş sözü ilə açaraq çıxış edən alt İşçi Qrupun rəhbəri, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın 11 yanvar tarixində keçirilən iclası barədə məlumat verib. Əlaqələndirmə və monitoriq üzrə İşçi Qrupun 2-ci iclasında qəbul edilmiş qərarlar barədə danışılıb. 
İclas zamanı tematik tədbirlər üzrə müəyyən olunmuş məsələlərə dair cari vəziyyət barədə məruzələr dinlənilib və tapşırıqların icrası çərçivəsində həllini tapmamış məsələlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin alt İşçi Qrupun fəaliyyətindən irəli gələn bir sıra məsələlər müzakirə edilib.
Müzakirələr nəticəsində tematik tədbirlər çərçivəsində icrası davam edən tapşırıqların həlli istiqamətində zəruri tədbirlərin sürətləndirilməsi və icrası yekunlaşdırılmış tapşırıqların İşçi Qrupun növbəti iclasında məruzə edilməsi qərara alınıb.
İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nəzdindəki "Azalternativenerji" MMC, Avtomobil Yolları Dövlət Agentliyi, Milli Elmlər Akademiyası, Dövlət Neft Şirkəti, "Azərenerji" ASC, "Azərişıq" ASC, "Meliorasiya və Su Təsərrüfatı" ASC, Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətləri, Qarabağ Dirçəliş Fondunun nümayəndələri iştirak ediblər.
Geri dön