Ana Sayfa > Ölkə > Azərbaycanda qadına şər atdılar, özünü doğradı
Azərbaycanda qadına şər atdılar, özünü doğradı12-01-2023, 14:38. Yazar: sevinc1 |
Qazaxda qadın özünə xəsarət yetirib. Hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. 37 yaşlı Ləman Musazadə qolunun kəsilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, Musazadə Ləman Şərafəddin qızının qollarını doğramasının səbəbi üzə çıxıb. Belə ki, həmkəndlisi R.Vəliyev sosial şəbəkələrdə mütəmadi olaraq, şər-böhtan xarakterli ifadələr işlətməklə L.Musazadəni və ailəsini təhqir edib. Qadın da bu səbəbdən yanvarın 10-u saat 13:30-da yaşadığı evdə bıçaqla sol qolunu kəsərək, özünü öldürmək istəyib. Hazırda araşdırmalar davam edir. aia.az Geri dön |