Ana Sayfa > Media > Reyestrə düşməyən media subyektlərinə XƏBƏRDARLIQ:
Reyestrə düşməyən media subyektlərinə XƏBƏRDARLIQ:12-01-2023, 13:38. Yazar: sevinc1 |
"Düşünmürəm ki, media subyektlərinin reyestrə müraciət etməsi üçün az müddət qalıb". Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib. Ə.İsmayılov bildirib ki, hələ xeyli vaxt var.: Onun sözlərinə görə, məqsəd media subyektlərinin özlərini bəyan etməkləridirsə, bu müddət ərzində edə bilərlər. Əhməd İsmayılov onu da vurğuayıb ki, Media Reyestrində qeydiyyatdan keçməyən media subyektləri məhkəməyə veriləcək: "Onların fəaliyyətini davam etdirməsi, yaxud dayandırılması məhkəmə qərarı əsasında təmin olunacaq". aia.az Geri dön |