Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: "Ermənistan və onun havadarları bir daha düşünmək zorundadırlar"

Eltun Süleymanov: "Ermənistan və onun havadarları bir daha düşünmək zorundadırlar"


11-01-2023, 19:33. Yazar: sevinc1
Eltun Süleymanov: "Ermənistan və onun havadarları bir daha düşünmək zorundadırlar"

“Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlib - Ermənistan isə kapitulyasiya imzalayıb. Bununla belə, Azərbaycan dövləti hər hansı ilkin şərt qoymadan çərçivə sənədinin layihəsinin hazırlanmasına təşəbbüs göstərir. Amma Ermənistanın bu məsələdə də mövqeyi fərqlidir. Belə ki, rəsmi İrəvan irəli sürdüyü layihə ilə sənədin mahiyyətini dəyişməyə cəhd göstərir.
Ermənistanın bu məsələdəki marağı da bəllidir - həmin informasiyaların sızdırılması fərqli qüvvələrin maraqlarına xidmətə hədəflənib. Hazırda regionda maraq mübarizəsinin ən aktiv formaya çatması sirr deyil. Hətta bəzi məqamlarda, Qərb və ya digər qüvvələr arasında region uğrunda gedən nüfuz savaşının ştrixləri daha aydın şəkildə sezilməkdədir. Ermənistan bu faktordan guya öz xeyrinə istifadə etməyə, başqa sözlə manipulyasiya etməyə çalışır. O, danışıqların predmetlərini sızdırmaqla özünə “dəstək” axtarır. Bununla Ermənistan həm də fərqli maraqların maşası olduğunu aşkar şəkildə ortaya qoyur. Rəsmi İrəvan prosesdə özünün maraqlarını qorumağı fikirləşmir - belə olsaydı, bu ölkə onlar üçün ən yaxşı situasiyanın sülh olduğunu anlayar və bu istiqamətdə fəaliyyət göstərərdi. Prosesin gedişi bir daha göstərir ki, Ermənistan üçün əsas olan üzərindəki “çətirin” maraqlarını qorumaqdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Ermənistandan fərqli olaraq Azərbaycan regionda sülh, barış istəiyr. Biz istəyirik i, regional əməkdaşlıq inkişaf etsin, firavan həyat bərqərar olsun. Lakin təəssüf ki, ermənilər və onların havadarları bu məsələdə maraqlı deyildir. Azərbaycan respublikasının Prezidenti cənab İlham əliyev yerli televiziyalara verdiyi müsahibəsində məsləyə aydınlıq gətirərək bildirib ki, “Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik”.
Ermənistanda davam edən azərbaycanfobiya, xarici diaspor təşkilatlarının, revanşist qüvvələrin isterik çağırışları nəinki regional əməkdaşlığa, o cümlədən, sülhə və əmin-amanlığa ciddi təhlükə yaradır. Sərhədlərin delimitasiyası prosesini hər vəchlə uzatmağa, bölgədə sülh prosesini ləngitməyə çalışanların havadarları da öz maraqlarından çıxış etməkdə davam edirlər. Xüsusən, Fransanın bu sahədə apardığı iş, qərəzli mövqe, birmənalı olaraq Ermənistana dəstək verməsi bunu sübut edir.
Situasiyanı geniş təhlil edən cənab Prezident İlham Əliyev müsahibəsində qeyd etmişdir: “Bizim müharibədə qalib gəlməyimiz Fransada bir çoxlarını çox qıcıqlandırdı. İndi keçmişə nəzər saldıqda görürük və bir daha əmin oluruq ki, Minsk qrupu, xüsusilə Fransa hər vəchlə çalışır bu məsələ öz həllini tapmasın. Biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər.”
“Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm”, -deyə vurğulayan Prezident əslində ermənilərə və onların himayədarlarına çox ciddi mesaj verir. Onlara xatırladılır ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyildir. Bu günün reallıqları ilə barışmaq, sülh üçün uzadılmış əli sıxmaq gərəkdir.

Müsahibimiz Eltun Süleymanov son olaraq qeyd edib ki, qalib dövlət olaraq əslində bizim şrtlər irəli sürmək hüququmuz daha çoxdur. Lakin bizə kimsənin nə torpağı, nə də minnəti lazım deyil. Biz mehriban qonşuluq və sülh istəyirik. Sərhədlərin delimitasiyasına gəlincə, bunda Ermənistan daha çox maraqlı olmalıdır. əks təqdirdə dövlətimizin başçısının dediyi kimi, bizim sərhədi istənilən yerdən çəkmək imkanımız da, gücümüz də var.”
“Siyasətdə görünməyən, deyilməyən nüanslar çox olur. Bu mənada Cənab Prezidentin müsahibəsində bir məqama xüsusi diqqət yetirmək gərəkdir: “Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək.” “Bəli, bu bir həqiqətdir ki, Azərbaycan dövlət olaraq buna qadirdir. Çünki bizim güclü birliyimiz, qalib və yenilməz ordumuz, müzəffər Ali Baş Komandanımız var. Belə bir qüvvənin qarşısında ermənilərin duruş gətirə biləcəyi illüziyadan başq bir şey deyildir. Cənab Prezidentin inamla və qətiyyətlə vurğuladığı - “Baxın, həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi. Kim bizim qabağımızda dura bilər?” sualının cavabı da birmənalıdır. Ona görə də ermənilər və onların havadarları yaxşı olardı ki, bir daha düşünüb daşınsınlar”-deyə müsahibimiz fikrini yekunlaşdırmışdır.
Geri dön