Ana Sayfa > İqtisadiyyat > Vergi Məcəlləsində edilən dəyişiklik təsdiqləndi
Vergi Məcəlləsində edilən dəyişiklik təsdiqləndi11-01-2023, 15:25. Yazar: sevinc1 |
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. aia.az xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilir: - 30.6.5-ci maddə aşağıdakı redaksiyada verilsin: “30.6.5. “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn vəzifələrin icrası üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);”. - 30.6.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.6.15-ci maddə əlavə edilsin: “30.6.15. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma).”. aia.az Geri dön |