Ana Sayfa > Özəl / Seçki 2024 > Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.

Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.


11-01-2023, 14:30. Yazar: sevinc1
Azərbaycanda idmana olan qaygı bu maragı daha da artırır.

Məlumdur ki, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib. Milli Olimpiya Komitəsinin Prezidenti kimi bu sahədə ictimai fəaliyyəti ilə Azərbaycanda idmanının inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, idmançılarımızın ən böyük qələbələri məhz dövlətimizin başçısının bu sahəyə rəhbərliyi illərində qazanılıb.

Qeyd edək ki, Azərbaycanda çoxsaylı idman növləri üzrə ən müasir standartlara cavab verən infrastruktur qurulub və ayrı-ayrı regionlarımızda olimpiya-idman kompleksləri tikilib. İdman federasiyalarının fəaliyyəti, idmançılarımızın problemlərinin həlli dövlətimizin daimi diqqətindədir. Prezident İlham Əliyevin hər dəfə beynəlxalq yarışlarda iştirak etmiş idmançıları qəbul etməsi, onlarla səmimi söhbətlər aparması, hətta təmsil olunduqları federasiyalara maliyyə yardımının edilməsi haqqında sərəncamlar imzalaması da dövlətimizin başçısının idmana və idmançılara olan diqqət və qayğısını nümayiş etdirir.

Yeri gəlmişkən, ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir. Turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir. Dövlətimizin başçısı yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub. Ölkə Prezidenti vurğulayıb ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilib və Azərbaycanın dinamik inkişafı təmin olunub. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırdı. Beynəlxalq yarışlar arasında V İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd edən ölkə Prezidenti 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın tarixi qələbə qazanaraq komanda hesabında birinci olduğunu, bu dəfə isə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımızın 99 medalla 4-cü yerə layiq görüldüklərini xatırlatdı. Sağlam həyat tərzinin təbliğ edilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna rolu var. Torpaqlarımızı işğaldan dövlətimizin başçısı İlham Əliyevin yetişdirdiyi Azərbaycan gəncliyi azad etdi. Ötən ilin idman yekunlarına həsr olunan mərasim bir daha təsdiqlədi ki, hazırda ölkəmizdə idmanın kütləviliyini təmini və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş planında öz əksini tapmışdır.

Ən əsası, bu diqqət və qayğı bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.

Habil İsmayılov,
YAP Göygöl rayon təşkilatı üzrə Haçaqaya kənd ərazi partiya təşkilatının sədri

Geri dön