Ana Sayfa > Seçki 2024 > Yardımlıda avtomobil dərəyə aşdı:

Yardımlıda avtomobil dərəyə aşdı:


11-01-2023, 10:17. Yazar: sevinc1
Yardımlıda avtomobil dərəyə aşdı:

Yardımlı rayonunda qarlı hava şəraiti qəzaya səbəb olub.

“Report”un məlumatına görə, 1983-cü il təvəllüdlü Kərimov Yusif Səlimsan oğlu sürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

aia.az
Geri dön