Ana Sayfa > Karusel > Hərbi poliqon yanır: 576 nəfər təxliyə olundu

Hərbi poliqon yanır: 576 nəfər təxliyə olundu


20-06-2016, 13:32. Yazar: admin



Rusiyada hərbi poliqonda yanğın baş verib.

Aia.az APA-ya istinadən bildirir ki, hadisə Həştərxan vilayətində yerləşən Aşuluk poliqonunda qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hazırda raket sürətləndiriciləri yanır. Həmin qurğular S-75 zenit raketlərinin mühərrikləri üçün nəzərdə tutulur.

Yaxınlıqdakı hərbi şəhərcikdən 500 nəfər, poliqondan isə 76 nəfər təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Geri dön