Ana Sayfa > İdman / Aia TV / Karusel > Rövnəq Abdullayev: Ot örtüyü dəyişdiriləcək

Rövnəq Abdullayev: Ot örtüyü dəyişdiriləcək


28-08-2015, 11:31. Yazar: admin

“Danışıqlar aparılır”.

AFFA prezidenti Rövnəq Abdullayev Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı vəziyyəti şərh edib.

Aia.az bu barədə azerisport.com saytına istinadla xəbər verir.

“Bu məsələ ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılır. Bu ot örtüyünü mütləq dəyişmək lazımdır. Avropa Liqasının qrup mərhələsinin oyunları yeni qazonda keçirilməlidir”, - o deyib.
Geri dön