Ana Sayfa > Manşet / Siyasət > "Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur" -
"Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur" -10-01-2023, 16:32. Yazar: sevinc1 |
“Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”. aia.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib. O xatırladıb ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birilərinin ərazi bütövlüyünün tanınması barədə razılıq əldə ediblər. Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya nizamı uğrunda böyük mübarizə gedir: “Və bu yeni dünya nizamında biz sülh üçün gündəm seçirik”. aia.az Geri dön |