Ana Sayfa > Siyasət / Karusel > Bu həftə deputatların tətili başa çatır
Bu həftə deputatların tətili başa çatır10-01-2023, 13:47. Yazar: sevinc1 |
![]() Bu həftə Milli Məclisin deputatlarının tətili başa çatır. aia.az xəbər verir ki, millət vəkillərinin ötən ilin dekabrın 30-dan başlayan tətil müddəti yanvarın 15-də bitəcək. Gələn həftədən etibarən komitə iclaslarının keçirilməsinə başlanılacaq. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək. aia.az Geri dön |