Ana Sayfa > Ölkə > Vətəndaşlardan qanunsuz saxlanılan 11 ov tüfəngi götürüldü
Vətəndaşlardan qanunsuz saxlanılan 11 ov tüfəngi götürüldü10-01-2023, 11:59. Yazar: sevinc1 |
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 11 ədəd ov tüfəngi götürülüb. DİN-dən aia.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron könüllü olaraq polisə təhvil verilib. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır. Geri dön |