Ana Sayfa > Dünya > Peruda yeni etiraz dalğasında azı 17 nəfər öldü
Peruda yeni etiraz dalğasında azı 17 nəfər öldü10-01-2023, 11:37. Yazar: sevinc1 |
Perunun Xulyaka şəhərində hökumət əleyhinə etirazlar insan ölümləri ilə nəticələnib. İğtişaşlar zamanı azı 17 nəfər ölüb, 52 nəfər yaralanıb. Həyatını itirənlərdən biri azyaşlıdır. Bundan əvvəl 12 nəfərin öldüyü bildirilmişdi. Yanvarın 6-da Xulyaka hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb. Nümayişçilər ölkə Prezidenti Dina Boluartenin istefasını və yeni dövlət başçısı üçün seçkilərin keçirilməsini tələb edirlər. aia.az Geri dön |