Ana Sayfa > Dünya > İranın sabiq prezidentinin qızı beş il müddətinə azadlıqdan məhrum edildi
İranın sabiq prezidentinin qızı beş il müddətinə azadlıqdan məhrum edildi10-01-2023, 11:24. Yazar: sevinc1 |
İran məhkəməsi ölkə parlamentinin keçmiş üzvü, qadın hüquqları müdafiəçisi, İranın keçmiş prezidenti Haşemi Rəfsəncaninin qızı Faezə Rəfsəncaniyə hökm oxuyub. Hökmə əsasən, Faezə Haşimi-Rəfsəncani beş il müddətinə azadlıqdan məhrum edilib. Məlumatı Faezə Rəfsəncaninin vəkili Nida Şəmsi yayıb. 60 yaşlı qadına qarşı “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət” və “mövcud hakim sistemə qarşı əks-təbliğat” ittihamları irəli sürülüb. Vəkil hökmdən apellyasiya şikayəti verəcəklərini söyləyib. aia.az Geri dön |