Ana Sayfa > Karusel / Ölkə > Naxçıvan Ali Məclisi toplanır -

Naxçıvan Ali Məclisi toplanır -


10-01-2023, 09:47. Yazar: sevinc1
Naxçıvan Ali Məclisi toplanır -

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının iclası keçiriləcək.

aia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.

Saat 11:00-da başlayacaq sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

Qeyd edək ki, sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

aia.az
Geri dön