Ana Sayfa > Şou-biznes > Bu smartfonun qiyməti 14 min dollardır
Bu smartfonun qiyməti 14 min dollardır20-06-2016, 13:17. Yazar: admin |
İsrailin "Sirin Labs" şirkəti qiyməti 14 min dollar olan Solarin smartfonunu təqdim edib Smartfonun Londonda baş tutan təqdimatında aktyorlar Leonardo Di Kaprio və Tom Hardi iştirak ediblər. Android platformasında çalışan smartfon uğurlu və imkanlı şəxslər üçün nəzərdə tutulub. Şirkətin nümayəndələri qeyd edir ki, Solarin-in digər smartfonlardan əsas fərqi qabaqcıl təhlükəsizlik sistemidir, cihazda haker hücumları barədə xəbərdarlıq edən funksiya nəzərdə tutulub. "Biz iddia etmirik ki, onu haker hücumu ilə sındırmaq mümkün deyil. Ancaq ən azından biz onu qeydə ala bilirik. Biz hücumun mühəndis analizini həyata keçiririk ki, hakerin nə etmək istədiyinə baxa bilək. Eləcə də, istifadəçi heç nə etmədən biz onun smartfonunu "sağalda" bilərik", - deyə Zimperium təhlükəsizlik sistemləri şirkətinin baş icraçı direktoru Zuk Avraham CNN-ə müsahibəsində bildirib. Bu smartfonun qiyməti 14 min dollardır Smartfonun xarici görünüşü ilə sənaye dizayneri Kərim Rəşid məşğul olub. Titan və dəridən olan korpusun altında əla texniki "içlik" var. Qacet 4 qiqabayt əməliyyat yaddaşı, 23,8 meqapiksellik əsas və 8 meqapiksellik ön kamera ilə təchiz olunub. Solarin-in hazırlanmasına 2 il vaxt və 72 milyon dollar xərclənib. Smartfonu şirkətin rəsmi saytından, eləcə də Londondakı Harrods univermağından iyunun 30-dan etibarən əldə etmək olar. Geri dön |