Ana Sayfa > Manşet / Seçki 2024 > “Qış Möcüzəsi" adlı xeyriyyə humanitar aksiyası keçirilib

“Qış Möcüzəsi" adlı xeyriyyə humanitar aksiyası keçirilib


9-01-2023, 14:38. Yazar: sevinc1
“Qış Möcüzəsi" adlı xeyriyyə humanitar aksiyası keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Silk Way West Airlines” Şirkətinin dəstəyi ilə Yeni ilə həsr olunmuş “Qış Möcüzəsi 2022” adlı layihə çərçivəsində humanitar xeyriyyə aksiyasını reallaşdırıb. Xeyriyyə aksiyası 29-31 dekabr 2022-ci il tarixləri aralığında Xırdalan, Sumqayıt, Ağsu və İsmayıllı şəhərlərində həyata keçirilib.

Layihə 4 tondan artıq humanitar yardım ərzaq məhsullarının 204 ailəyə və nəticə etibarı ilə 674 şəxsə çatdırılması ilə yekunlaşıb. Qeyd edək ki, hər bir qutuda 20 kq-dan artıq, ailə tərkibi 3-5 nəfərdən ibarət ailələrə bir aylıq qidalama üçün nəzərdə tutulmuş sayda, müxtəlif çeşidlərdə ərzaq məhsulları paylanılıb.

aia.az


Geri dön