Ana Sayfa > Özəl > 2023 - HEYDƏR ƏLİYEV İLİNƏ YENİ QƏLƏBƏ İLƏ
2023 - HEYDƏR ƏLİYEV İLİNƏ YENİ QƏLƏBƏ İLƏ6-01-2023, 10:25. Yazar: sevinc1 |
Yola saldığımız 2022-ci ilin sonları Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və ermənipərəst Fransanın isə rüsvayçı məğlubiyyəti ilə yadda qaldı. Hər iki düşmən ölkənin birləşərək Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin, ekofəalların, eləcə də könüllülərin iştirakı ilə Laçın yolunda keçirilən aksiyaları BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinə “yolun bağlanması”, “humanitar böhran” kimi sırımaq, dünya ictimaiyyətini aldatmaq cəhdləri yenə də uğursuzluqla yekunlaşdı. TŞ-də dekabrın 20-21-dən başlanan müzakirələrdə nəticə əldə edə bilməyən Fransa-Ermənistan cütlüyü öz məkrli niyyətlərindən əl çəkmək istəmədilər. Bu dəfə Fransa BMT TŞ-nın daimi üzvü və hazırda sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst bəyanat layihəsinin mətnini müzakirələrə təqdim etdi. Layihəyə münasibət birmənalı olmadığından nəticə əldə etmək üçün prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı. Fransa rəhbərliyi düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və daha sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Həmin günlərdə Ermənistanın nümayəndəsi Armen Qriqoryan da TŞ-də qətnamə qəbul edilməsinin Ermənistanın əsas məqsədlərindən olduğunu nümayiş etdirirdi. Ancaq fransız-erməni cütlüyünün bu addımları həm Ermənistanın digər strateji müttəfiqi Rusiyaya xəyanət, həm də ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi. Proses nə qədər canfəşanlıq etsə də, bütün resurslarını işə salsa da bir bəyanatı qəbul etdirə bilməyən Fransa üçün, sözün əsl mənasında, böyük rüsvayçılıqla nəticələndi. Rəsmi Bakı Böyük Britaniya, BƏƏ, Rusiya, Albaniya və digər tərəfdaşlarının köməyi ilə mətni o qədər yumşalda bildi ki, 6-7 redaksiya dəyişikliyindən sonra bəyanat artıq Azərbaycanın əleyhinə deyil, lehinə olan bir sənədə çevrildi. Bundan sonra öz meydanında məğlub olduğunu anlayan Fransa sənəddən rəsmən imtina etməli oldu. Üstəlik, bəyanatın müzakirələri dövründə beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri Fransanın necə ədalətsiz, qərəzli və riyakar olduğunu gördülər və bunu açıq etiraf etdilər. Azərbaycanın növbəti diplomatik qələbəsini şərtləndirən amillərdən biri də məhz bu oldu. Azərbaycan dostları ilə birgə qətiyyətli, uzaqgörən lider, mahir siyasi xadim kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində 2023-cü il ərəfəsində qazandığı və Azərbaycan xalqına hədiyyəsi olan bu parlaq qələbəni qeyd edərkən Fransa Prezidenti Makron öz erməni “bacı”ları ilə məğlubiyyətin acısını yaşayır, bu ölkənin Prezident Administrasiyasının xarici siyasət şöbəsi isterika halındadır. Hətta Fransanın BMT yanında Daimi nümayəndəsi və onun müavininin bu rüsvayçılığa görə geri çağırılacağı haqqında da məlumatlar yayılır. Çünki Azərbaycan bütün dünyanın gözləri qarşısında bu ermənipərəst Avropa ölkəsini neytral meydanda deyil, məhz öz meydanında məğlub etdi. Fransa diplomatiyası indi az qala matəm içərisindədir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı, YAP-ın fəal üzvü Geri dön |