Ana Sayfa > İdman > Ay-ulduzlular Avro 2016-ya əlvida dedi

Ay-ulduzlular Avro 2016-ya əlvida dedi


20-06-2016, 11:54. Yazar: admin



Çempionat başlamazdan əvvəl əksər mütəxəsislər Türkiyənin qrupdan çıxa bilməyəcəyini söyləmişdilər. Türkiyə dünənki oyunla bunu isbat etdi. Xorvatlarla məğlub oyundan sonra ay-ulduzlular ispanlarla möcüzə göstərəcəyinə inananlar az deyildi. Amma sən saydığın say gör pireneylilər nə sayır. Oyuna türklər aktiv başlamaq istəsə də bu olmadı . Tezliklə çexlərlə oyundakı kimi son Avropa çempionlarını oyunu ələ aldılar. Bunun nəticəsi 34-cü dəqiqədə Nolitonun ötürməsini Morata yekunlaşdırır 1-0. Türklər qol şokundan ayılmamış daha bir zərbə alır. 3 dəqiqədən sonra səhnəyə Fabreqasın ötürməsiylə Nolito gəlir. 1-ci hissə bu hesabla başa çatır. Bəzi kadrlarda Fatih Terimin əsəblərinə hakim olmaması rejisorların gözündən qaçmırdı. İkinci hissə təzə başlamışdı qardaş ölkənin təmsilçisi qapısında 3-cü topu görür. Səhnəyə Real-Madridli Morata çıxır 3-0. Oyundakı səviyyə fərqi özünü göstərdi. Təəsüf ki, türklər nə müdafiyədə nədə əks-hücumlarda kəsərli oyun göstərmədilər. Paralel keçən oyunda çexlər xorvatlarla sülhə razılaşır 2-2. Çexlərin əzmkarlığı bu gedişlə Türkiyənin 0 xalla İstanbula dönəcəyinə işarət edir. Çexiya türkləri, ispanlar xorvatları udsa onda Xorvatiya da türklər kimi Avro 2016- ya əlvida deməli olacaq.
Geri dön