Ana Sayfa > Qərbi Azərbaycan > Bayram günlərində 1307 nəfər xəstəxanaya yerləşdirilib
Bayram günlərində 1307 nəfər xəstəxanaya yerləşdirilib5-01-2023, 12:30. Yazar: admen |
Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib. TƏBİB-dən aia.az-a verilən məlumata görə, 103 Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Təcili tibbi yardım xidmətinə 31.12.2022-04.01.2023-cü illər ərzində ümumi çağırışların sayı 14 059, hospital olunanların sayı isə 1 307 olub. Çağırışları sayı ən çox 01.01.2023-cü il (çağırış sayı 2 867, hospital olunanların sayı 284 olmaqla) və 03.01.2023-cü il (çağırış sayı 2 951, hospital olunanların sayı 285 olmaqla) qeydə alınıb. Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub. Geri dön |