Ana Sayfa > Manşet / Siyasət > ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan XİN başçıları ilə telefon danışığı aparacaq

ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan XİN başçıları ilə telefon danışığı aparacaq


5-01-2023, 10:35. Yazar: sevinc1
ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan XİN başçıları ilə telefon danışığı aparacaq

Yaxın günlərdə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olacaq.

aia.az xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib ki, E.Blinken həmçinin Ermənistanın XİN başçısı Ararat Mirzoyanla da danışacaq.

Qeyd edək ki, tərəflər arasında sonuncu üçtərəfli görüş ötən ilin noyabrında Nyu-Yorkda keçirilib.

aia.az
Geri dön