Ana Sayfa > Özəl > Xəzər rayonunda daun sindromlu uşaqlar üçün Yeni il münasibətilə bayram şənliyi təşkil edilib

Xəzər rayonunda daun sindromlu uşaqlar üçün Yeni il münasibətilə bayram şənliyi təşkil edilib


30-12-2022, 11:58. Yazar: sevinc1
Xəzər rayonunda daun sindromlu uşaqlar üçün Yeni il münasibətilə bayram şənliyi təşkil edilib

Dekabrın 29-da Xəzər Rayon Gənclər və İdman İdarəsi və Timland Uşaq Əyləncə Mərkəzinin birgə təşkilatçılığı, 117 nömrəli tam orta məktəbin müəllimi Ülvi Əhmədovun təşəbbüsü ilə Timland Uşaq Əyləncə Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 117 nömrəli tam orta məktəbin xüsusi təhsil sinfinin şagirdləri üçün bayram şənliyi keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Timland Uşaq Əyləncə Mərkəzinin direktoru İntizam Süleymanov, Dünya Fudokan Federasiyasının rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, 117 nömrəli tam orta məktəbin direktoru Vələddin Nurəddinov, fiziki tərbiyə müəllimi Ülvi Əhmədov, Xüsusi sinfin müəllimləri Leyla Həsənova və Təranə Əliyeva iştirak ediblər.

Tədbirin məqsədi uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq, onlara diqqət və qayğı göstərmək, eləcə də cəmiyyətə inteqrasiyasına kömək etmək olub. Uşaqlar onlar üçün təşkil olunmuş müxtəlif viktorinalar və oyunlarda böyük həvəslə iştirak ediblər. Səslənən şən mahnılar və rəngarəng əyləncəli proqramlar həm uşaqlarda, həm də qonaqlarda xoş ovqat yaradıb. Sonda uşaqlara hədiyyələr paylanıb və xatirə şəkli çəkdirilib.


Geri dön