Ana Sayfa > Seçki 2024 > Qərbi Azərbaycan əraziləri əzəli və əbədi olaraq bizim torpaqlardır

Qərbi Azərbaycan əraziləri əzəli və əbədi olaraq bizim torpaqlardır


30-12-2022, 11:16. Yazar: sevinc1
Qərbi Azərbaycan əraziləri əzəli və əbədi olaraq bizim torpaqlardır

Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı və ictimai-siyasi xadimlə görüşüb, bu görüşdə Qərbi Azərbaycan, tarixin müxtəlif dövrlərində oradan deportasiya olunan və qovulan yüz minlərlə soydaşımız, ata-baba yurduna qayıtmaq imkanları və bununla bağlı ciddi fəaliyyətin göstərilməsi ətrafında müzakirələr aparılıb. Tarixdən bəllidir ki, 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib. “Azərbaycanlılar tarixi torpaqlarını unutmamalıdır: “Bu da, gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq.
Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq. Bu istiqamətdə Qərbi Azərbaycan İcmasının yaradılması əsas piroitetlərdən biridir. İcmanın məqsədi müxtəlif vaxtlarda hazır ki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni münasibətlərinin saxlanılmasına nail olmaq və onların hüquqlarının beynəlxalq səviyyədə bərpasından ibarətdir. Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz yurdlarına qayıtmaq hüququnun bərpa edilməsi və həmin tarixi torpaqlara yenidən qayıdışı təmin etməkdir. Bu isə günün reallığıdır və xalqımız tezliklə bu tarixi nəaliyyətin xoşbəxtliyini yaşayacaq. Cənab Prezident İlham Əliyevin proqram xarakterli çıxışında onu da bildirib ki, bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır". Əlbəttə ki, Azərbaycan Prezidentinin qüdrəti və apardığı uğurlu xarici və daxili siyasət sayəsində Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün uzaq deyil.
Bir an olsun, vətən, torpaq sevgisi bizi tərk etməyib. Hazırda eyni yanaşma Qərbi Azərbaycana qayıdışla bağlı olmalıdır. Dünya tarixi faktlarla daha yaxından tanış olmalıdır. Soydaşlarımızın Qərbi Azərbaycana - öz ata yurdlarına qayıtma haqqının olduğunu anlamalı və qəbul etməlidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu tarixi sənədlər, tarixi xəritələr də təsdiqləyir. Ermənistanın bu məsələni təlaşla qarşılaması təsadüfi deyil. Çünki onlar da anlayırlar ki, məhz tarixi Azərbaycan torpaqlarında özlərinə forpost, qondarma bir dövlət qurublar və Azərbaycan heç bir ölkəyə qarşı ərazi iddiası ilə çıxış etmir. Biz hər zaman öz haqqımız uğrunda mübarizə aparmışıq.Ölkəmizin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun artması, xalqımızın rifahının yüksəlməsinə və daha gözəl gələcəyinin təmin edilməsinə xidmət edən dövlət siyasəti daha böyük uğurları bizlərə yaşadacaqdır. Görüşdə dövlətimizin başçısının söylədiyi nitqdəki hər bir fikrinin arxasında böyük bir proqram dayanır. Göründüyü kimi, bütün hədəf və məqsədimiz aydındır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan ordusu 44 günlük müharibədə qələbə əzmini dünyaya nümayiş etdirdiyi kimi, bundan sonra da qarşıya qoyduğu məqsədləri reallaşdıracaqdır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov
Geri dön