Ana Sayfa > Media > "Bakı turizm baxımından cəlbedici şəhərdir"
"Bakı turizm baxımından cəlbedici şəhərdir"19-06-2016, 14:00. Yazar: admin |
Bakını çox bəyəndik, şəhərin arxitekturası xüsusilə gözəldir. Bunu Aia.az-a Bakıya "Formula 1" yarışmasını izləməyə gəlmiş britaniyalı turist Viktoria Hills deyib. O bildirib ki, Bakının dəniz kənarında yerləşməsi şəhərə xüsusi gözəllik verir: "Formula 1" yarışması Bakının bu gözəlliyini dünyaya nümayiş etdirməyə imkan yaradacaq. Bakı turizm baxımından cəlbedici bir şəhərdir, insanda xoş təəssürat yaradır". Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb. Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub. aia.az Geri dön |