Ana Sayfa > İdman > Rusiyalı qonaq: ""Formula 1" Bakıya daha çox turist cəlb edəcək"

Rusiyalı qonaq: ""Formula 1" Bakıya daha çox turist cəlb edəcək"


19-06-2016, 13:57. Yazar: admin
Rusiyalı qonaq: ""Formula 1" Bakıya daha çox turist cəlb edəcək"






Bakı cəlbedici şəhərdir və hesab edirəm ki, "Formula 1" yarışmasının Bakıda keçirilməsi şəhərə daha çox turist cəlb edəcək.
Bunu Aia.az-a Bakıda "Formula 1" yarışmasını izləyən rusiyalı qonaq İqor Kalaşnikov deyib.

Qonaq qeyd edib ki, bu cür beynəlxalq yarışlar ölkələri dünyada daha yaxşı tanıdır: "Bu baxımdan "Formula 1" yarışının Bakıda keçirilməsi Azərbaycanın dünyada daha yaxşı tanınmasına şərait yaradacaq".

İ.Kalaşnikov Bakının arxitektura baxımından da gözəl şəhər olduğunu bildirib: "Bakı qədimliklə müasirliyi özündə çox ahəngdar şəkildə birləşdirir. Şəhərin bir sıra yerlərini gəzmişik və çox xoşumuza gəlib. İnsanlar mehriban və qonaqpərvərdir. Həm də Azərbaycanın dadlı milli xörəkləri var. "Formula 1" yarışması bütün bunları tanıtmaq və ölkəyə çoxlu sayda turist cəlb etmək baxımından çox əhəmiyyətlidir".

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
Geri dön