Ana Sayfa > Manşet / Gündəm > Bu Komissiyanın yeni tərkibi müəyyənləşdi -
Bu Komissiyanın yeni tərkibi müəyyənləşdi -29-12-2022, 11:39. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin həlli üçün yaradılmış komissiyanın yeni tərkibi müəyyənləşib. aia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb. Komissiyanın yeni tərkibi aşağıdakı kimidir: Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiya sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Komissiyanın üzvləri Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri aia.az Geri dön |